13 fevral 2020 12:34
905

Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplantısında olublar - FOTO

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri Paris şəhərində təlim-məşq toplantısında olublar.

“İki sahil” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Fransanın paytaxtında baş tutan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak ediblər.

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb.

Ümumilikdə Paris toplantısında 80 ölkədən 700-dən çox cüdoçu iştirak edib.

Qeyd edək ki, cüdoçularımız fevral və mart aylarında Almaniya, Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.