Argentina hakimiyyəti uşaq müavinəti və aliment ödənişlərindən yayınan şəxslərə qarşı sərt addım atıb. Onları dünya çempionatı matçlarını izləməkdən məhrum etmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, Argentina hökuməti öz övladları qarşısında maliyyə öhdəliklərini yerinə yetirməkdən boyun qaçıran vətəndaşların 2026-cı il dünya çempionatına girişini və stadionlara daxil olmasını əngəlləmək üçün iş aparır.
Qeyd edək ki, genişmiqyaslı araşdırma və təhlükəsizlik koordinasiyasının bir hissəsi olaraq Argentina tərəfi artıq ABŞ rəhbərliyinə rəsmi "qara siyahı" təqdim edib. Bura uşaq müavinəti üzrə ciddi borcları olan təxminən 13 min valideyn daxil edilib.