13 yanvar 2021 22:30
225

Dabo "Yuventus"da

Fransanın "Nant" klubunun futbolçusu Abdulaye Dabo İtaliya "Yuventus"una keçib.

"İki sahil"in məlumatına görə, bu barədə "Report" məlumat yayıb.

Bildirilir ki, Qvineya əsilli fransalı yarımmüdafiəçi Turin təmsilçisində mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

"Qoca sinyora" yayda 20 yaşlı oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Dabo bu mövsüm "Nant"ın B komandasında 5 oyun keçirib.