07 dekabr 2019 13:48
1166

Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də axşam, dekabrın 9-da arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, dekabrın 9-da arabir güclənəcək.
Azərbaycanın əsasən şimal və şərq rayonlarında dekabrın 8-də axşam və dekabrın 9-da havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi bildirilir. Qərb küləyi əsəcək, dekabrın 9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.