17 mart 2020 17:42
1705

Daha bir ölkədə liqalar dayandırıldı

Macarıstanda futbol liqaları müvəqqəti dayandırılıb.

Qol.az Macarıstan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, buna koronavirusun yayılması səbəb olub. Federasiya idmançılara məşqlərdə birgə yer almamağı və evdə qalmalarını tövsiyə edib.

Qeyd edək ki, Macarıstanda 50 nəfər koronavirusa yoluxub, 1 nəfər dünyasını dəyişib.