06 dekabr 2019 18:46
865

Daşkəsənli seçicilər YAP-ın namizədlərinə səs verəcəklər

05-06 dekabr tarixlərində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin üzvləri rayonun Qaraqullar, Muşavaq, Yuxarı Daşkəsən qəsəbə və Xoşbulaq kəndlərində seçicilərlə görüş keçirib.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin üzvləri Sərdar Xıdırov, Müşviq Hüseynov, partiyanın Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Bayramov iştirak ediblər.

Hər dörd yaşayış məntəqələrində YAP tərəfindən namizədliyi irəli sürülənlərlə seçicilərin dialoqu təşkil olunub. Seçicilərə izah olunub ki, YAP bu gün bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə gedir.

Görüşdə iştirak edən seçicilər bildiriblər ki, 23 dekabrda seçki məntəqələrinə gedərək YAP tərəfindən irəli sürülən namizədlərə səs verəcəklər.

Cavid Əkbərov, “İki sahil”