19 yanvar 2021 16:47
702

Deputatlar işğaldan azad edilən ərazilərə gedəcək

Deputatlar işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanış olacaq, həmin ərazilərdə aqrar sahəsinin inkişafı üçün vacib məsələləri müzakirə edəcəklər.

"İki sahil" xəbər verir ki, bu barədə məsələ parlamentin Aqrar siyasət komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planında əksini tapıb.

Həmçinin, komitə üzvlərinin Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etməsi, qazilər, müharibə iştirakçıları ilə görüşlər keçirməsi iş planına daxil edilib.