09 aprel 2020 12:43
2868

Derbiləri ilə məşhur 10 şəhər - FOTO

Tətil üçün bir şəhərə gedən turistlər nəinki həmin şəhərin ticarət mərkəzləri və ya muzeyləri ilə tanış olmaqla məhdudlaşırlar, həm də yerlilərin gündəlik iş rejiminə daxil olmaq istəyirlər. Bunun ən asan yolu, şübhəsiz ki, şəhərlə eyniləşdirilən futbol komandaları arasındakı oyunlarını izləməkdir.

“İki sahil” dünyanın qeyd edən və turistlərin, həvəskarların da diqqətini çəkən derbiləri ilə məşhur şəhərlərini təqdim edir.

Belqrad - Serbiya

Dunay və Seva çaylarının keçdiyi Belqrad “Crvena Zvezda” və “Partizan” klubları arasındakı mübarizənin də yaşandığı şəhərdir. İkinci Dünya müharibəsindən sonra qurulan iki komandanın qızğın fan qrupları, demək olar ki, hər matçda hadisələr yaratmaqla yanaşı, vizual şouları ilə də diqqəti cəlb edir.

İstanbul - Türkiyə

Bir əsrdən çoxdur ki, əbədi dostluq, əbədi rəqabət ilə İstanbulun ən əhəmiyyətli matçlarından biri “Qalatasaray” və “Fənərbaxça” klubları arasında oynanılır. Avropa və Anadolu tərəflərinin bu iki vacib komandasının oyunları da dünyanın ən diqqət çəkici yarışlarından biridir.

 Afina -Yunanıstan

Afinada Yunanıstanın ən güclü iki komandasının şiddətli mübarizəsi keçirilir. Piraeus liman komandası “Olympiakos” və “Panathinaikos” arasındakı bəzi matçlarda böyük döyüşlərin səhnəsinə çevrilir.

Qlazqo - Şotlandiya

“Seltik” və “Qlazqo Reynjers” klubları arasındakı matçlar nəinki Şotlandiyada, eyni zamanda İngiltərə və hətta Avropada diqqətlə izlənilir. İki komanda arasındakı matçlar ümumiyyətlə, tribunalarda qan tökülür.

Buenos Ayres - Argentina

Cənubi Amerikadakı tanqonun paytaxtı Buenos Ayres şəhəri qitənin Avropa şəhəri kimi tanınır. Bununla yanaşı, Buenos Ayres daha bir mövzu ilə fərqlənir. Şübhəsiz ki, burada ən vacib olan “River Plate” – “Boca Juniors” derbisidir. Bu iki komanda arasındakı mübarizənin tarixi qanlı derbi ilə doludur. Keçən il şəhər daxilində azarkeşlər arasında baş verən qarşıdurmalardan sonra derbi İspaniyanın paytaxtı Madriddə oynanılıb.

Milan - İtaliya

Dünya modasının mühüm paytaxtlarından biri olan Milan da vacib futbol derbisinə ev sahibliyi edir. Eyni stadiondan fərqli adlarla istifadə edən iki böyük komandanın mübarizəsi həm İtaliyada, həm də dünyada maraqla izlənilir. "Milan" və "İnter-Milan" arasındakı matçlar ölkənin vacib gündəm derbilərindən biridir.

Madrid - İspaniya

Madridə gəldikdə ağla gələn ilk şeylərdən biri də futboldur. Tarixin ən uğurlu komandalarından biri hesab olunan “Real Madrid”ə daim meydan oxuyan eyni şəhərin digər komandası olan “Atletiko Madrid” arasındakı mübarizə La Liqanın ən çox izlənilən matçları arasındadır.

Roma - İtaliya

İtaliyanın paytaxtı olan Roma ölkədə və hətta dünyada ən vacib derbi şəhərlərindən biridir. Şəhərin dərin köklü iki komandası olan "Roma" və "Lazio" arasındakı oyunlar hər zaman gərginlik şəraitində keçib.

Lissabon - Portuqaliya

“Sporting Lissabon” – “Benfika” klubları arasındakı oyunlar şəhərə gələn turistlərin diqqətini çəkir. Ölkənin paytaxtına gələnlərin dar küçə, kafe və meydanlardan kənarda şahid olmaq istədiyi şeylərdən biridir.

Şimali Reyn-Vestfaliya - Almaniya

Vestfaliya kimi də tanınan bölgə Alman sənayesinin onurğası olaraq bilinir. Reyn çayı hövzəsində yerləşən “Borussia Dortmund” və “Gelsenkirchen” dünyanın ən yaxşı derbilərindən biridir. “Borussia Dortmund” – “Schalke 04” arasındakı derbi isə ölkənin vacib problemlərindən biridir.

Orxan Vahidoğlu, “İki sahil”