25 yanvar 2020 10:51
5804

Dünyada ən çox danışılan dillər hansılardır?

Bir çoxunuz bu sualın cavabını “ingilis dili” olaraq cavab verəcək, amma əslində belə deyil. Dünyanın ən çox danışılan  dillərini sizə təqdim edirik.

Türk dili

Türk dili  Balkanlardan Rusiyanın Yakutsk Respublikasına qədər geniş miqyasda yayılan bir dildir. Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan kimi bir çox ölkələrdə danışılan dillər də türk dili hesab olunur. Bu dildə danışan insanların sayı təxminən 190 milyondur.

Fransız dili

Dünyanın ən romantik ölkəsinin ən romantik dili olan fransız dili. Bu dil sadəcə Fransanın yerləşdiyi Avropanın cənubunda deyil, həm də Afrika, Kanada və Qərbi Hind Adalarında da danışılır. Bu dildə danışan insanların sayı təxminən 129 milyondur.

Portuqal dili

Portuqal dili XII əsrdə İspaniya müstəqilliyini elan etdikdən sonra sürətli şəkildə dünyaya yayıldı. Latın Amerikasının həm coğrafi, həm də iqtisadi olaraq ən böyük ölkəsi olan Braziliyanın da rəsmi dili portuqal dilidir. Bu dildə danışan insanların sayı 196 milyondur.

Benqal dili

Banqladeş və Şərqi Hindistanda yaşayan insanların əksəriyyəti bu dildə danışır. Bu bölgənin dünyanın ən sıx insan yaşadığı yer olduğunu nəzərə alsaq, yeddinci  yerdə olması təəccüblü gəlməyəcək. Bu dildə danışan insanların sayı 210 milyondur.

Ərəb dili

Ərəb dili dünyanın ən qədim dillərindən biridir. Səudiyyə Ərəbistanı, Küveyt, Suriya və Misirin ana dili sayılır. Quranın yazıldığı dil İslam dininin sayəsində Orta Şərqdəki digər dilləri asimilyasiya edərək, həm geniş yayılmış, həm də zənginləşmişdir.  Bu dildə danışan insanların sayı təxminən 246 milyondur.

Rus dili

XX əsrdə siyasi cəhətdən önəmli olan rus dili, həm də BMT-nin rəsmi dillərindən biri hesab olunur. Bundan əlavə, rus dili sadəcə Rusiyada deyil, keçmiş SSRİ ölkələrində də danışılır. Bu dildə danışan insanların sayı 277 milyondur.

İspan dili

Braziliya xaricində bütün Latın Amerikası, Kuba və Şimali Amerikanın bir qismi İspan dilində danışır. İngilis dilində  belə bir çox sözlər bu zəngin dildən götürülüb. Statistikaya əsasən, ispan dili, həm də son vaxtlarda ən populyar və öyrənilməyə çalışılan dildir. Bu dil hətta  ABŞ-ın  və İngiltərənin bəzi universitetlərində və məktəblərində tədris olunmağa başlanılıb. Bu dildə danışan insanların sayı 392 milyondur.

Hind dili

Dünyada ən çox əhalisi olan ikinci ölkənin rəsmi dilidir. Burada  ən çox Hindu ləhcəsi istifadə olunsa da, xeyli sayda digər ləhcələr də  mövcuddur. Təxmini hesablamalara görə, yaxın gələcəkdə Hindistanın əhalisinin sayı Çini keçəcək. Bu dildə danışan insanların  sayı 497 milyondur.

İngilis dili

İngilis dili bəlkə dünyanın ən çox danışılan dili deyil, amma ən populyar dili olduğu aydındır. Amerika, İngiltərə, Avstraliya, Kanada, Yeni Zelandiya, Hon Konq, Sinqapurdan əlavə dünyanın bir çox yerində bu dildə danışan insanlar var. Bu məşhur dildə  danışan insanların  sayı 750 milyondur.

Çin dili

Düz bir milyard adamın danışdığı dil  mandarin dilidir. Bu qədər insanın danışdığına görə, asan olduğunu düşünməyin. Bu dildə hər bir kəlimənin 4 fərqli deyilmə tərzi var və bu dili yeni öyrənən insanlar üçün çox çətindir. Bu dil Çindən başqa Tayvan və Malayziyada da danışılır.

Samirə Tağıyeva, “İki sahil”