25 iyul 2020 23:20
350

Dünyada koronavirusa yoluxanların sayı 16 milyonu ötüb

Dünyada COVID-19 virusuna yoluxanların sayı 16 milyon nəfəri ötüb.

İyulun 24-də dünyada daha 289 min yoluxma halı aşkarlanıb, 6 min 199 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 16 milyon 5 min 319 nəfərə, ölənlərin sayı isə 643 min 872 nəfərə çatıb. Eyni zamanda, 9 milyon 791 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, 5 milyon 570 min xəstənin müalicəsi davam edir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.