22 sentyabr 2026 12:41
83

İranın Hörmüz boğazı ilə bağlı şərtləri məlum olub

Əgər ABŞ İran tərəfinin şərtləri ilə razılaşarsa, Tehran Hörmüz boğazından hərəkəti yeddi gün ərzində açmağa hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyinə İran hakimiyyətinin nümayəndəsi bildirib.

O vurğulayıb ki, Tehranın mövqeyi artıq Vaşinqtona çatdırılıb. İran tərəfinin məlumatına görə, Tehranın tələblərinə, xüsusilə, ABŞ-ın həyata keçirməyə davam etdiyi İran limanlarının blokadasının aradan qaldırılması daxildir.

Daha əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirmişdi ki, İran hakimiyyəti Qətər vasitəçiləri vasitəsilə ABŞ-a müharibənin dayandırılması şərtlərini ötürüb və Amerika prezidenti Donald Trampın cavabını gözləyir. Rezainin sözlərinə görə, İranın şərtlərinə bütün cəbhələrdə müharibənin dayandırılması, dondurulmuş İran aktivlərinin blokdan çıxarılması və dəniz blokadasının aradan qaldırılması daxildir.