22 sentyabr 2026 12:38
86

Çin XİN: Süni intellekt hamı üçün açıq olmalıdır

Çin hökuməti həmişə süni intellekt texnologiyalarının hamı üçün açıq qalmasının, eləcə də ümumi rifah və inkişafa töhfə verməsinin tərəfdarı olub.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qu Sziakun bildirib.

"Çin tərəfi süni intellekt məsələləri üzrə öz mövqeyini defələrlə açıqlayıb və dəyişməz olaraq hesab edir ki, bütün tərəflər süni intellekt texnologiyalarının açıq və inklüziv, eləcə də ümumi rifaha və müsbət inkişafa yönəldilmiş olmasına birgə kömək etməlidirlər", – deyə diplomat brifinqdə bildirib.

O, bununla ÇXR Sədri Si Çinpinin bu həftə ABŞ-a planlaşdırılan səfəri zamanı amerikalı həmkarı Donald Trampla bu mövzunu müzakirə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Sentyabrın 21-də Çin XİN Si Çinpinin sentyabrın 23-dən 25-dək ABŞ-a dövlət səfəri edəcəyini bildirmişdi. Ötən həftə "Reuters" agentliyi ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsinə istinadən məlumat vermişdi ki, Tramp Vaşinqtonda Çin lideri ilə ticarət, nadir torpaq metallarının tədarükü, süni intellekt texnologiyaları və dünya iqtisadiyyatı ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.