18 mart 2020 14:56
1533

Dünyanın 24 ölkəsində koronavirusa yoluxanların sayı artdı

Bir sıra ölkələrdə koronavirus daşıyıcılarının sayında artım müşahidə edilib.

“Report” xəbər verir ki, bunu ölkələrin Səhiyyə nazirlikləri açıqlayıb.

Məlumata görə, koronavirusa yoluxanların sayı Xorvatiyada 81, Estoniyada 258, Latviyada 71, Litvada 27, Norveçdə 1 486, Danimarkada 1 044, Almaniyada 9 877, Avstriyada 1 471, Finlandiyada 333, Macarıstanda 58, Serbiyada 83, Polşada 246, Çexiya 464, Rumıniyada 246, Bosniya və Herseqovinada 36, Livanda 133, Malayziyada 790, Filippində 202, Banqladeşdə 14, Bruneydə 68, Mərakeşdə 49, Keniyada 7, Avstraliyada 565 və Meksikada isə 93 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 167 ölkə və bölgədə qeydə alınıb. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 202 268-ə çatıb. Bunların 82 813 nəfəri sağalıb, 8 012 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.