14 yanvar 2021 13:38
750

Dünyanın ən yaşlı seriyalı qatili koronavirusdan vəfat etdi

Rusiyanın Xabarovsk vilayətində üç nəfərin dəhşətli qətlində təqsirləndirilən 81 yaşlı Sofya Jukova dünyasını dəyişib.

“İki sahil” “smotrim.ru” saytına istinadən xəbər verir ki, məhkəmənin hökmünü gözləməyən təqaüdçü qurbanlarının cəsədlərini balta ilə parçalamışdı. O, dünyanın ən yaşlı seriyalı qatili hesab olunur.

Koronavirusa yoluxan qatil müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.   Xəstəliyin ağırlaşması, əslində çox güclü olan və yaşından daha cavan görünən bu qadına yaşamaq şansı buraxmayıb.

Xabarovskda 2005-ci ilin dekabrında 8 yaşlı qızı qətlə yetirən Jukova 2013-cü ildə 77 yaşlı rəfiqəsini, 2019-cu ildə isə 52 yaşlı bir qarovulçunun həyatına son qoyub.

 Nubar Süleymanova, “İki sahil”