03 iyul 2020 13:13
886

Eduard Filipp istefa verdi

Fransanın baş naziri Eduard Filipp iyulun 3-də istefa verib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, məlumatı Yelisey sarayı yayıb.

Fransa Prezidenti Emmanuel Makron onun istefa ərizəsini qəbul edib.

Xatırladaq ki, 49 yaşlı Eduard Filipp 2017-ci il mayın 15-dən hökumət başçısı vəzifəsində işləyirdi.

O, iyunun 28-də Qavr şəhərinin meri seçilib. Bir müddət əvvəl qalib gələcəyi halda mer işləməyəcəyini bildirmişdi.

Qeyd edək ki, Fransa KİV-i prezident Emmanuel Makronla Eduard Filipp arasında fikir ayrılığının olduğu barədə məlumat yaymışdı. İyulun 2-də Fransa prezidenti koronavirus pandemiyasından sonra ölkədə bərpa işləri fonunda hökumətdə yerdəyişmə edəcəyini açıqlamışdı.