Əfqanıstanın cənubunda partlayış nəticəsində iki ABŞ hərbi qulluqçusu həlak olub, daha iki hərbçi isə yaralanıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, NATO missiyasinın tərkibindəki kontingentin hərbçilərini daşıyan döyüş avtomobili Qəndahar əyalətində yola basdırılmış minaya düşüb.
İnsidentin məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.
ABŞ qoşunlarının Əfqanıstanda olduğu müddətdə 2,5 mindən çox Amerika hərbi qulluqçusu həyatını itirib.