Əfqanıstanın şimalındakı Bağlan əyalətində törədilən partlayış nəticəsində azı 8 mülki şəxs ölüb, 6 nəfər yaralanıb.
“Report” AP-yə istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, əyalət mərkəzi Puli Xumri şəhərinin yaxınlığındakı Dənd-i Şahabuddin qəzasında yol kənarında baş verən partlayışda yaralananlar qadın və uşaqlardır.
Partlayışın məsuliyyətini hələlik heç kim üzərinə götürməsə də, sözügedən bölgənin “Taliban” hərəkatının nəzarətində olduğu bildirilir.
Cənubi Koreyanın Avropaya üzən konteyner gəmisi Şimal dəniz marşrutundan keçib