06 may 2019 10:33
3918

Əgər tez-tez düyü yesəniz...

Düyünün tərkibi B qrupu vitaminləri ilə zəngindir. Düyü tərkibli qidalarla kifayət qədər qidalanmayan insanlarda xərçəng xəstəliyinə tutulma və alzheimer xəstəliyi tez-tez müşahidə olunur. 

Düyü suda yetişdirilə bilən tək taxıl növüdür. 100 qram bişmiş düyü 100 kalori, 25 qram protein və 250 qram karbohidrat təşkil edir. Tərkibində yağ yoxdur.

Pəhriz ekspertlərinə görə düyü, xüsusilə B qrupu vitaminləri ilə  zəngindir. "B vitaminlər"i immunitet sistemini gücləndirməyə kömək edir, orqanizmin xərçəngə qarşı müdafiəsini artırır və beyin sağlamlığı üçün də vacibdir.

Düyü kalsium, fosfor və D vitamini qaynağıdır. Buna görə də sümük inkişafı, dəri və dırnaq sağlamlığı üçün faydalıdır. Düyü həzmsizliyin qarşısını alır və xüsusilə də qəbizlik vəziyyətində ən təsirli qidalardan biridir. Qəbizlik immunitet sisteminə mənfi təsir edən bir problemdir. Düyü istehlakı, bədənin maye tarazlığını qoruyaraq qəbizliyə mane olur.

Tərkibində laktoza və qluten kimi allergik komponentlər olmadığı üçün həzm və bağırsaq sisteminə heç bir mənfi təsiri yoxdur. İnək və soya südü ilə müqayisədə düyü proteinlərinin amin turşusu tərkibi ana südünün tərkibinə daha yaxındır.

Düyü  amin turşusunun bir növü olan lösinlə zəngindir. Lösin qan şəkərini tənzimləyərək enerji istehsalını təşviq edir, yağın enerjiyə çevrilməsinə kömək edir və yaraların yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. Folik turşusu çatışmazlığı kolon xərçəngi, uterin xərçəngi və döş xərçəngi kimi bir çox  xərçəng növünün meydana gəlməsinin qarşısını alır. Bundan əlavə, folik turşusu çatışmazlığı da Alzheimer xəstəliyinə səbəb ola bilər. ABŞ Düyü Federasiyasının məlumatlarına görə, 100 qram düyüdə 2 mq folik turşusu var.

Röya Rasimqızı, “İki sahil"