“Azərbaycanın işğal olunmuş ərazilərində qondarma Dağlıq Qarabağda “ Yerli özünüidarəetmə seçkiləri” keçirilməsi işğalçı dövlətin növbəti oyunudur. Bununla bağlı, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın bu addımını kəskin pisləyib, beynəlxalq hüquq normalarına zidd olduğu haqqında bəyanat verib”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
E.Səlimov bildirib ki, dünyanın bir sıra dövlətləri bu saxta seçkini tanımadığını, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan suveren sərhədlərinə hörmət etdiklərini bəyan ediblər. Onun sözlərinə görə, dünya ölkələri münaqişəni beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq beynəlxalq birliyin iştirakı ilə münaqişənin sülh yolu ilə həllini dəstəkləyirlər.
“Saxta seçkini keçirməklə qondarma rejimlə Ermənistan hakimiyyəti arasında ziddiyəti ortaya qoyur. Paşinyan öz adamlarını yerləşdirməklə qondarma Dağlıq Qarabağ klanını zəiflətmək uğrunda mübarizə aparır. Paşinyanın növbəti saxtakarlıqlarından biri olan “seçki şousu” beynəlxalq hüquqa zidd olan bir kampaniyadır. Bu əməlləri ilə Paşinyan yalnız özünü aldada bilər. Həyata keçirdiyi siyasət beynəlxalq hüquq və normalara ziddir”-deyə, deputat qeyd edib.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb