16 yanvar 2020 19:51
223

Əli Əsədov Rusiyanın yeni Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli Mixail Vladimiroviç, Rusiya Federasiyası Hökumətinin Sədri təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan–Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusilə təqdirəlayiqdir. Əminəm ki, birgə səylərlə ölkələrimiz arasında strateji tərəfdaşlığı gücləndirməyə, hər iki tərəf üçün səmərəli olan ticarət-iqtisadi və investisiya əməkdaşlığını genişləndirməyə nail ola biləcəyik. Azərbaycan ölkələrimizin dost xalqlarının faydası üçün bütün sahələrdə Rusiya ilə konstruktiv dialoqa ümid edir".

Baş Nazir Əli Əsədov Mixail Mişustinə möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.