20 fevral 2020 19:23
1711

Erməni vəhşiliyinin əyani nümunəsi

Ermənilər haqqında tarixi mənbələrdə yazılanlara diqqət yetirmək kifayətdir ki, qaniçənliyi genlərində, irsi keyfiyyətlərində möhürləyən bu millət haqqında təsəvvür yaransın. Rus tədqiqatçısı V.L.Veliçko “Kavkaz” əsərində yazdı: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir... məhz onlar hər cür bəhanə ilə  hay-küy qoparmaq qabiliyyətinə malikdirlər”. Eyni yanaşma erməniləri daha yaxından tanıyan, murdar xislətli xalq olduqlarını xarakterizə edən, “ermənizmin” taun qədər qorxulu olduğunu dərk edən rus yazıçısı A.S.Qriboyedovun rus imperatoruna məktubunda da aydın görünür: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il  yaşadıqdan sonra dünyaya hay-küy salaraq “bura bizim qədim, dədə-baba torpağımızdır deyəcəklər”.

Ermənilərin vəhşiliklərindən bəhs edən yüzlərlə, minlərlə belə sübutlar vardır. 28 il bundan əvvəl törədilmiş Xocalı soyqırımı da erməni vəhşiliyinin əyani nümunəsidir. Xocalı soyqırımının dözülməz mənzərəsindən dəhşətə gələn fransız jurnalisti Jan İv Yunet yazır: “Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilirinin, yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük... Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də  törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər”.

Bu gün bütün dünya ictimaiyyəti bilir ki, 1992-ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşanıb, azərbaycanlılara qarşı əsl soyqırımı törədilib. Xarici jurnalistlərin də etiraf etdikləri kimi, hələ də can verməkdə olan yaralılara qarşı amansızlıq, insanların diri-diri tonqala atılaraq yandırılması, körpələrin süngüyə keçirilməsi yalnız ermənilərə məxsus keyfiyyətlər olmaqla dözülməz və inanılmaz vəhşiliklərdən xəbər verirdi.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlılarının ərazimizdə apardıqları hərbi əməliyyatlar nəticəsində  20 min  soydaşımız məhz azərbaycanlı olduğu üçün qətlə yetirilmiş, bir o qədər həmvətənimizin yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi, tarixi abidələr dağıdılmışdır. XX əsrdə 2 milyondan artıq azərbaycanlı Ermənistanın və onun havadarlarının yeritdikləri soyqırım siyasətinin qurbanı olmuşlar.

Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə (1918-ci il  mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı Fərmanla verən ulu öndər Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün bu sənədin mahiyyət və əhəmiyyəti böyükdür.

Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın dövlət siyasətinin əsasında terrorçuluq və işğalçılıq öndə dayanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır.

Artıq Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır. Pakistan, Kolumbiya, Meksika Xocalı soyqımını rəsmən tanıyır. ABŞ-ın 15 ştatında, Çexiya, Ruminya  parlamentində  faciə ilə bağlı qərarlar qəbul olunub, Türkiyə Böyük Millət Məclisində dinləmələr keçirilib. İslam Əməkdaşlıq təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Avropa Şurası, ATƏT, BMT səviyyəsində Xocalı faciəsi ilə bağlı sənədlər yayılıb. Onu da qeyd edək ki, hər il Avropanın bütün şəhərlərində Xocalı qurbanlarının xatirəsi hörmət və etiramla anılır. Xocalı soyqırımını tanıyanların sayının artması Prezident İlham Əliyevin “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər” fikrinin reallaşacağına inamı artırır.

Mənsumə Babayeva, “İki sahil”