18 may 2020 09:58
312

Ermənilər erməniləri öldürür

Ermənistanda atışma və bıçaqlanma olub, yaralılar var

Ermənistanın paytaxtı Yerevanda silahlı insident olub.

“Report” “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə Davidaşen rayonunda qeydə alınıb.

Bildirilir ki, ilk olaraq "Nor Zovk" ticarət mərkəzində atəş səsləri eşidilib. Bununla yanaşı, iki nəfər bıçaq xəsarəti alıb. Yaralılar tibb mərkəzinə yerləşdirilib.

İstintaq orqanlarının məlumatına görə, zərərçəkənlər 24 yaşlı M.Mikael və 40 yaşlı N.Edqardır. Onların paytaxt sakinləri olduqları bildirilir.

Fakt üzrə materiallar toplanılır, operativ-axtarış əməliyyatı aparılır.