21 may 2020 16:00
156

Ermənistanda daha bir nazir özünü təcrid etdi

Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Zarui Batoyan koronavirusa görə özünü təcrid edib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək və Sosial Məsələləri üzrə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Z.Batoyanın köməkçisi, sağ əli sayılan Muşeq Ovsepyan koronavirusa yoluxub. Nazirin ondan yoluxduğu ehtimal edilir. 

Qeyd edək ki, ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan da koronavirusla bağlı özünütəcriddə qalmaqda davam edir.

Məlumata görə, əmək və sosial məsələlər üzrə nazirin müavini Smbat Saqiyanın sürücüsü və nazirliyin aparat rəhbərinin köməkçisi Stepan Maçyanın da koronavirusa yoluxub.

Qeyd edək ki, mayın 21-də Ermənistanda daha 335 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb. Ermənistanda virusa yoluxanların sayı 5 606-ya yüksəlib. Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 70-ə çatıb.