30 iyul 2020 10:59
984

Ermənistanda koronavirusdan ölənlərin sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı 38 196 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumatına görə, son sutka ərzində 259 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 5 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 728 nəfər koronavirusdan ölüb, 9 102 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.