02 dekabr 2020 11:28
1667

Ermənistanın müdafiə naziri Xankəndiyə gəldi

Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan dünən Xankəndiyə gəlib.

"İki sahil" Axar.az-a istinadən xəbər verir ki, o, Xankəndidə separatçı-terrorçuların lideri Araik Arutyunyanla görüşüb.

Araik Arutyunyan Vaqarşak Arutyunyanın zəngin təcrübəsi olduğunu və müdafiə sferasındakı ağır böhranın qarşısının alınmasında onun uğur qazanacağına ümid etdiyini bildirib.

Görüşdə əsas müzakirə mövzusu hərbi əsirlər və itkinlərin taleyi olub.