2021-ci ilin avqustunda Estoniya xalqı yeni prezidentini seçəcək.
AZƏRTAC xəbər verir ki, hazırki prezident Kersti Kalyulayd böyük ehtimalla namizədliyini irəli sürməyəcək. Belə ki, onun namizədliyini nə Mərkəzçilər, nə də qalib olan EKRE partiyaları dəstəkləməyəcəklərini bəyan ediblər. Parlamentdə təmsil oluna digər iki partiya - İslahatçılar və İSAMAA da məsələyə soyuq yanaşdıqlarını bildiriblər.
Namizədliyi arzuolunan digər 3 nəfər isə sözügedən posta iddia etmədiklərini deyiblər. Ən çox şansı olan Siym Kallas (Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat üzrə komissarı) hazırki durumundan razı olduğunu bildirib.
Avropa Parlamentinin deputatı olan Marina Kalyurand da siyasətçi kimi fəaliyyətini hazırki vəzifəsində davam etdirəcəyini deyib.
Fəaliyyətinin 9 ilini Estoniyanın Baş Naziri kimi çalışmış Andrus Ansip Estoniya üçün lazımi qədər işlədiyini bildirərək prezident postunda gənc siyasətçilərdən birini görmək istədiyini ifadə edib.
Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda parlament və yerli özünüidaəetmə orqanlarına da seçkilər keçiriləcək.