08 avqust 2019 11:58
149

“Fənərbağça” Danimarka millisinin futbolçusunu transfer edib

Danimarka millisinin futbolçusu Matias Yorqensen “Fənərbağça” ilə müqavilə bağlamaq üçün İstanbula gəlib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, “Zanka” ləqəbli 29 yaşlı müdafiəçini hava limanında klubun İdarə Heyətinin üzvü Selahettin Baki və idman direktoru Damien Komolli qarşılayıblar.

Qambiya əsilli futbolçunun son klubu İngiltərə Premyer Liqasında çıxış edən “Haddersfild” olub. “Fənərbağça”nın onu 2 milyon avroya transfer etdiyi bildirilir.

Qeyd edək ki, Zanka daha əvvəl Danimarkanın “Kopenhagen” və Hollandiyanın PSV klublarının da formasını geyinib.