13 noyabr 2019 11:16
680

"Fənərbağça"da şok itki

"Fənərbağça"nın futbolçusu Vedat Muriqi sıradan çıxıb.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki , bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu Superliqanın 11-ci turunda "Kasımpaşa" ilə matçda ayaq biləyindən zədələndiyi üçün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiya və İngiltərə ilə görüşlərdə iştirak edə bilməyəcək. 

Heyətdən çıxarılam forvardın nə vaxt yaşıl meydanlara dönəcəyi haqda məlumat verilməyib.

Qeyd edək ki, V. Muriqi yığmada çıxdığı 23 oyunda 8 qol vurub.