16 yanvar 2020 15:38
583

"Fənərbaxça" klubunun idman direktoru istefa verib

Türkiyənin "Fənərbaxça" klubunun idman direktoru Damien Komolli vəzifəsindən istea verib.

Bu barədə xəbəri klubun rəsmi saytı yayıb. 

Fransalı mütəxəssisin istefa verməsinin səbəbi hələlik məlum deyil. 

Onun klubdan ayrılması ilə bağlı açıqlanan xəbərdə deyilir: "12 iyun, 2018-ci ildə "Fənərbaxça"da idman direktoru vəzifəsinə başlayan cənab Damien Komolli bu gün istefa verib. Vəzifədə olduğu müddətdə gördüyü işlər üçün ona təşəkkür edir və gələcək karyerasında uğurlar diləyirik".

"Report"