Bu il Ramazan bayramı mayın 2-nə təsadüf edir və bayram axşamı evdən fitrə zəkatının çıxarılması məsləhətdir.
“İki sahil” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də pul şəkilində vermək olar.
"Belə ki, ailədə hər adambaşına 3 kiloqram bu məhsullardan fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün isə bu zəkatın ortalama olaraq ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılması məqsədəuyğundur", - deyə o qeyd edib.