06 avqust 2020 23:34
972

Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Fransanın Havr şəhərində silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hazırda bankın binasında 4 nəfər var, 2 nəfər bankdan çıxa bilib.

Bildirilir ki, silahlı şəxs yerli vaxtla təxminən saat 17:00-da banka daxil olub və tələblər irəli sürüb. Tələblərin nədən ibarət olduğu barədə məlumat verilmir.

Hadisə yerinə terrorla mübarizə üzrə xüsusi polis qüvvələri cəlb edilib, bankın binası mühasirəyə alınıb.