09 sentyabr 2019 20:22
337

Fransada təcili tibbi yardım xidmətləri 6 aydır tətil edirlər

Fransada 249 təcili tibbi yardım xidmətində altı aydır tətil davam edir. İş şəraitindən şikayətlənən tibb bacıları və xəstə baxıcıları fiziki və psixoloji vəziyyətlərinin son həddə çatdığını bildirirlər.

Hökumət cari ilin iyun ayında müəyyən tədbirlər təklif etsə də, bu təkliflər tətilçiləri qane etməyib.

Tətilçilər tibbi personalın sayının artırılması, məvacibə görə ödənilən verginin ləğv edilməsi kimi bir çox tələblər irəli sürürlər.

Səhiyyə Nazirliyi vəziyyətdən çıxış yolları axtardığı vaxtda həmkarlar ittifaqları tibb işçilərini sentyabrın 11-də nümayişə çağırıb.