13 mart 2020 21:55
1207

Fransada zavod partlayıb

Fransanın Ruan şəhəri yaxınlığında kimya zavodunda partlayış olub.

Trend-in məlumatına görə, partlayışdan sonra yanğın başlayıb.

Zavodun bütün işçiləri təxliyə edilib, xəsarət alanların olmadığı deyilir.

Yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Zavodun ətrafında 500 metrlik təhlükəsizlik perimetri yaradılıb.