06 dekabr 2019 16:51
1211

Gələcəkdə SOCAR-ın ərazilərində 300 min ağac əkiləcək

SOCAR-ın ərazilərində hər il 100 min ağac əkilir. Cari ildə də 100 min ağac əkilib.

Bu barədə dekabrın 6-da Qala qəsəbəsi ərazisindəki “Eko Park”da “Bir gündə 650 min ağac əkək” kampaniyası çərçivəsində keçirilən ağacəkmə aksiyasında SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə jurnalistlərə müsahibəsində deyib.

R.Hüseynzadə bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda keçirilən “Bir gündə 650 min ağac əkək” kampaniyası çərçivəsində SOCAR kollektivi və şirkətin birgə müəssisələri tərəfindən dekabrın 6-da 100 mindən çox ağac əkilib: “Bu, SOCAR tərəfindən böyük bir addımdır. Gələcəkdə biz hədəf olaraq SOCAR-ın ərazilərində 300 min ağacın əkilməsini nəzərdə tutmuşuq. Bu bir neçə il ərzində SOCAR-ın ərazilərində 1 milyonadək ağac əkilib. Gələcəkdə bu ağacların sayının daha da artırılmasına nail olmaq istərdik”.