23 iyul 2019 17:50
2273

Gəlinlik niyə ağ rəngdədir?

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, reng də hər kəsin öz seçiminə görə idi.Bəyaz gəlinlik adətinin yaygınlaşması 16-cı yüzillikdə olmuşdur. Bu illərdə kraliyyət ailəsi gəlinlərinin gümüşü rəngdə gəlinlik geyinmələri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və bəyaz gəlinlik geyinməkdə israr etdi. Bundan sonra İngilis və Fransız yazıçılar bəyaz rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Exlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik yayıldı.

Evlənərkən bəyaz geyinmək gənc qızların bakirəliliyinii cəmiyyətə elan etmə vasitəsi oldu. "İki sahil.az" "Xanım.az"a istinadən xəbər verir ki, gəlinliklə bağlı bəzi inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan qabaq onu gəlinlikdə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir. Söz evlilikdən açılşıçkən nişan üzüyündəndə bəhs edək. İnsanların evlənməmiçdən əvvəl üzük taxmaqları qədim misir inancalarına dayanır. Miladdan 2800 il əvvəl misirdə yaşananlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və bitik nöqtələrinin olmaması səbəbi ilə sonsuz sevgini təmsil etdiyiə inanırdılar. Üzük evliliyin sonsuzadək davam edəcəyinin simvoludu.

Sonra bu inanc və adət romalılar tərəfindən geniş yayıldı. Arxeoloji qazıntılarda belə üzüklərə çox rast gəlinmişdi. 

Nişan üzüyünün sol ələ və sonradan başqa ələ taxılmasının səbəbi isə modern tibbin inkişafından öncəki dövrlərə aiddir. O zamanlarda qan dövranı sistemindeki ana damarın sol əlimizdə bu barmaqdan başalyıb qəlbimizə getdiyi zən edilirdi. Bura taxılan üzüyün sevənlərin bir qəlbə bağlılığını göstərir.