İyunun 8-dən sonra Gəncə və Naxçıvana uçuşların bərpası planlaşdırılır.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, daxili və beynəlxalq reyslərin sayında azalma ola bilər: “Bu məsələlər də müzakirə olunur. Eyni zamanda, təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq. Bu da təyyarə daxilində məsafənin qorunması, təyyarə ekipajının, sərnişinlərin təhlükəsizliyinin qorunması baxımından tətbiq olunan beynəlxalq təcrübədir”.
O bildirib ki, beynəlxalq təcrübədə tətbiq olunan təcrübələrdən biri də COVID-19 pasportunun verilməsidir: “Yəni səyahətdən öncəki son günlərdə koronavirus törədicisi SARS-Cov-2-nin PSR üsulu ilə müayinə olunması və neqativ nəticə əldə edilməsidir. Həmçinin COVID-19 pasportunda sağlamlıqla bağlı xüsusi arayışın əks olunması ilə əlaqədardır. COVID-19 pasportlarının verilməsinin nə dərəcədə əhəmiyyətli olması da müzakirə olunur və yaxın günlərdə bu barədə yekun qərar veriləcək".
Dövlət Xidməti: Sosial şəbəkələrdə ünvanlı yardım verilməsinə dair saxta məlumatlar yayılır
YAP Kürdəmir rayon təşkilatı “M.F.Axundov küçəsi 25” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Finlandiyada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək