15 fevral 2020 16:28
1722

“Google” İran telekanalının hesablarını bağlayıb

“Google” şirkəti İranın dövlət televiziyasının London bürosunun elektron ünvanını və “YouTube” kanalındakı hesabını bağlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama yayan “Google” İran televiziyasının qaydaları pozduğuna görə onun hesabları bağlandığını bildirib. Şirkət konkret olaraq hansı qaydaların pozulduğunu açıqlamayıb.
Qeyd edək ki, iki ay əvvəl “Google” İranın ingilisdilli “Press TV” və ispandilli “Hispain TV” kanallarının da “YouTube” hesablarını bağlayıb.
“Press TV”nin baş redaktoru Həbib Əbdülhüseyn deyib ki, onun rəhbərlik etdiyi televiziya “Google”un müəyyən etdiyi qaydaların heç birini pozmayıb. Onun sözlərinə görə, qayda pozuntusu iddiası, sadəcə olaraq, bəhanədir. Əgər qayda pozuntusu olsaydı, “Google” bu pozuntuları faktlarla təqdim edərdi.
H.Əbdülhüseyn virtual məkanda İrana qarşı qərəzli kampaniyanın aparıldığını və həqiqətlərin dünya ictimaiyyətinə çadırılmasının qarşısının alındığını bildirib.