22 iyul 2019 14:10
957

Gündəlik şəkər norması

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən şəkərə olan gündəlik normalar təyin olunmuşdur.

Bu göstərici xanımlar üçün 50 qram, kişilər üçün isə 70 qram təyin edilmişdir. Lakin müasir mütəxəssislər bu normanın çox olduğunu düşünürlər. Məhz bunun nəticəsində, Nyukasl Universitetinin həkimləri müasir dövr üçün gündəlik şəkər normasını 5 çay qaşığı qədər təyin ediblər. Bu isə öncəki göstəricilərdən xeyli az, daha dəqiq isə 30 qram təşkil edir. Həkimlərin iddiasına görə, bu norma, ürəyin işini yaxşılaşdırır, şəkər xəstəliyindən qoruyur və dişlərə olan mənfi təsirin qarşısını alır.
Qeyd olunur ki, bu normaya, gün ərzində içdiyimiz çaya və ya qəhvəyə əlavə etdiyimiz şəkərlə bərabər, həmçinin şirniyyat, qazlı və qazsız içkilərin tərkibində olan şəkər də daxildir.

                                                                                                                                                                                                           Röya Rasimqızı, "İki sahil"