24 noyabr 2020 13:23
434

Gürcüstan dünyada birinci yerdədir

Gürcüstan koronavirusun yayılma sürətinə görə dünyada birinci yerdədir

Gürcüstan əhalinin hər yüz min nəfərinə düşən koronavirusa yoluxma faktına görə dünyada birinci yerdədir.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın New York Times nəşri məlumat yayıb.

Qəzet yazır ki, son həftə ərzində Gürcüstanda COVID-19 virusunun yayılması orta hesabla 3579,1 fakt təşkil edib və bu da, əhalinin hər 100 000 nəfərinin 95,9-u deməkdir.

Bu göstərici ilə Gürcüstan yoluxma sayına görə bütün dövlətlərdən qabaqdadır.

Siyahıda Gürcüstandan sonrakı yerləri Lüksemburq, Çernoqoriya, Serbiya, Andorra, Slovakiya, Avstriya, Xorvatiya və digər ölkələr gəlir.