30 sentyabr 2020 12:36
605

Gürcüstanda koronavirusa yoluxanların sayı 6 mini keçib

Son sutka ərzində Gürcüstanda daha 326 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Bununla da Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 6192-yə çatıb.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında yerləşdirilib.

Bildirilir ki, bu günədək ölkədə 2324 koronavirus xəstəsi müalicə olunub.

Pandemiya qurbanlarının sayı artaraq 36-ya çatıb.