23 sentyabr 2019 16:48
873

Hamilə qadının ultrasəs müayinəsindəki görüntüləri ŞOKA SALDI - FOTO

İngiltərədə yaşayan Britani Klark və Ceyms Qruve cütlüyünün hələ anadan olmamış körpələrinin ultrasəs müayinəsindəki görüntüləri bütün ölkənin diqqətini çəkib.

Publika.az xəbər verir ki, görüntülərdə körpədən başqa bir də insana bənzəyən siluet nəzərə çarpır.

Britani ultrasəsdən çıxan görüntüləri dərhal xalasına da göstərib. Daha sonra sosial mediaya, “mənim körpəm və onun qoruyucu mələyi” başlığı altında yerləşdirib. Sosial media istifadəçilərinin bəziləri fotonun tükürpədən, bəziləri isə şans əsəri olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl həkimlər Britaniyə anadangəlmə bir xəstəliyinin olduğunu, buna görə də heç vaxt uşaq dünyaya gətirə bilməyəcəyini deyib. Lakin Britani bir müddət sonra özünü xəstə hiss edib və həkimə gedib. Bu zaman onun hamilə olduğu ortaya çıxıb.