06 oktyabr 2019 18:40
1516

Həftədə neçə kiloqram arıqlamaq olar? - Dietoloqdan XƏBƏRDARLIQ

Yaşından və cinsindən aslı olmayaraq hər kəs ideal bədən ölçüsünə malik olmaq istəyir.  Lakin bəziləri ideal ölçü ilə həddən-ziyadə kilo itirməyi qarışıq salırlar. Xüsusilə arıqlamaq niyyətində olanlar, qeyri-təbii yollardan istifadə edərək çəki itirirlər ki, bu da şəxsin sağlamlığına təsirsiz ötüşmür.

Maraqlıdır, düzgün şəkildə necə arıqlamaq lazımdır, həddən çox itirilmiş çəkinin nə kimi ziyanı var ?

"İki sahil" xəbər verir ki, bu barədə tanınmış dietoloq Tutu Zeynalova Modern.az-a danışıb.

"Artıq çəki və piylənmə 21-ci əsrin epidemiyası hesab olunur . İstər kişi, istərsə də qadınlar formada olmaq üçün bir çox üsullara əl atırlar. Çox təəssüf ki, onların hamısı da tez nəticə əldə etmək istəyir. Belə ki, illərlə aldıqları kilolardan qısa zaman ərzində qurtulmaq istəyirlər ki, bunun da bir sıra fəsadları olur. Ümumdünya Səhiyyə Təşkilatı protokollarına əsasən həftədə  0,5-1 kq arıqlamaq daha məqsədə uyğundur. Yəni bu da ayda hardasa 4-5 kq edir.  Əgər  bir insanın çəkisis 100 kq-dan artıqdırsa o zaman itirilmiş çəki 4-5 kq-dan çox ola bilər.  Kilo verilərkən əsas məqam odur ki, verilən çəki yağdan getsin. Əks halda ac qaldığımız zaman itirilən çəki əzələ və sudan gedir ki, bu da arzuolunmazdır".

Dietoloq bildirir ki, şok dietlər nəticəsində bəzən xanımlarda saç tökülməsi, psixo-nevroloji problemlər və sümük əriməsinə qədər digər problemlər müşahidə olunur.

"Bu hal orqanizmin ehtiyacı olan vitamin və mineralların kifayət qədər qəbul olunmamasıdan irəli gəlir. Buna görə də balanslı qidalanmaq lazımdır. Toplumda belə bir fikir formalaşıb ki, "Arıqlamaq istəyirəm, ac qalacam, çörək-yağ yeməyəcəm". Bu zaman da bir sıra fəsadlar meydana gəlir. Çörək qrupunda , ət qrupunda olan qidaların, meyvə- tərəvəzləri balanslı bir şəkildə istifadə etdiyimiz zaman itən çəki yağdan keçəcək. Bunlardan balanslı şəkildə istifadə etdiyimiz zaman verilən çəki qalıcı olacaq".