Ümumdünya Səhiyyə Təşkilatının 2015 ildə dərc olunmuş məlumatlarına əsasən bütün dünyada yaşayan 3,7 mlrd. insanda herpes virusu var. Bu dünyada yaşayan insanların təxminən 67%-ni təşkil edir.
Dəyişkən havada (isti günlər soyuq günlərlə növbələşdikdə və əksinə) doqaqlarda herpes səpgiləri olan insanların sayı çoxalır. İnsanların əksər hissəsi bu infeksiya haqda bixəbərdir və ya onların herpeslə bağlı yanlış məlumatları var.
Herpes soyuqdəymənin əlamətidir?
Bəli. Herpes müstəqil bir xəstəlikdir. Bu xəstəlik sədə herpes virusu tərəfindən törədilir. Bu virus əsasən soyuqdəymə, bəzən isə güclü stress, yorğunluq və immunitetin istənilən səbəbə görə zəiflənməsi nəticəsində kəskinləşə bilər.
Soyuqdəymə zamanı səpgilər əmələ gəlibsə, insan sağalır?
Əksinə bu o deməkdir ki, xəstəlik insanın immunitetini zəiflədib və nəticədə herpes infeksiyası orqanizmdə “oyanıb”.
Herpes səpgilərini müalicə etmək üçün onları yod, “zelyonka”, spirt kimi vasitələrlə yandırmaq olarmı?
Əksinə bunu etmək olmaz. Nə yod, nə də zelyonka herpesə təsir etmir. Bu üsulla siz yalnız dərinizi yandıracaqsınız. Herpesin yüngül formalarında müalicə üçün xüsusi dərman “atsiklovir” (məlhəm şəklində) istifadə olunur. Səpgilər tez-tez əmələ gəlirsə, immun sisteminin fəaliyyətini yaxşılaşdıran, ümumimöhkəmləndirici vasitələrdən istifadə olunur.
Herpes təhlükəlidirmi?
Bəli, herpes çox təhlükəli virusdur. Sadə herpes virusu sinir hüceyrələrinə daxil olur və burada yaşayır. Bu səbəbdən herpes infeksiyası sinir toxuması olan istənilən orqanlarda fəsadlar törədə bilər.
Herpesin bir neçə növləri var. Onlardan ən təhlükəlisi herpes zoster sayılır. Herpes Zoster güclü ağrılara, hərarətin artmasına səbəb olur, sinirlər zədələnir və insan hətta əlil qala bilər.
Herpes virusu insanın mərkəzi sinir sistemini zədələyə bilər. Dağılmış skleroz kimi tanınan ağır sinir sistemi xəstəliyinin səbəblərindən biri herpes sayılır. Herpes ağ ciyər, gözlər, qara ciyər, bağırsaqlar, böyrəklər, daxili cinsiyyət orqanlarında xəstəliklərə səbəb ola bilər. Herpes hətta bəzi xərçəng növlərinin inkişafına təkan verə bilər. Bütün bunlar əsasən insanın immun sisteminin kəskin zəifləməsi fonunda baş verir. İnsanın immuniteti güclüdürsə, immun sistemi orqanizmdə yaşayan istənilən virus və mikrobların çoxalmasının qarşısını alır.
Röya Rasimqızı, “İki sahil”