15 yanvar 2020 14:44
774

Heydər Əliyev Sarayında möhtəşəm caz gecəsi təşkil edilib

Heydər Əliyev Sarayında “Just Jazz” adlı möhtəşəm caz gecəsi keçirilib.

Saraydan bildirilib ki, gecədə beynəlxalq caz festivalları və tədbirlərin iştirakçısı olan, Əməkdar artisti Şəhriyar İmanov, Əməkdar artist Vüsal İskəndərzadənin (tarzən) rəhbərliyi ilə “Shur Trio” kollektivi, “Coffee Band”, The Passion Band” qrupları, eyni zamanda Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə, Ləman Abbaszadə iştirak ediblər.

Konsertdə yerli caz kompozisiyaları və dünyaca məşhur əsərlər səsləndirilib. //AZƏRTAC