 
                    İranın Neft İxrac edən Ölkələr Birliyindəki (OPEC) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili dünyasını dəyişib.
“Report”un məlumatına görə, bu barədə İRNA agentliyi məlumat yayıb.
Qeyd edilir ki, o, 68 yaşında vəfat edib. Hüseyn Kazımpur mayın əvvəllərində beyindaxili qanaxmaya görə komaya düşüb.
Agentlik bildirib ki, Kazımpur səhər tezdən ölüb.
Ərdəbili təcrübəli müzakirəçi və diplomat idi. O, əvvəllər Yaponiyada səfir işləyib. Bununla yanaşı, İranın neft sektorunda başlıca fiqur və neft naziri Bijən Zəngənənin sağ əli sayılırdı. 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsi imzalanandan sonra Kazımpur Ərdəbilinin sayəsində OPEC-də bu ölkənin neft hasilatının qismən bərpasına nail olunub.
 Ermənistan gələn il üçün Naxçıvana gedən dəmir yolunun təmiri üçün vəsait ayırmayıb”
                                
                                    
                                    
                                
                                
                                
                                    Ermənistan gələn il üçün Naxçıvana gedən dəmir yolunun təmiri üçün vəsait ayırmayıb” 
                                 Antarktidada kəşf edilən 6 milyon illik buz nüvəsi Yer kürəsinin iqlim sirlərini açır
                                
                                    
                                    
                                
                                
                                
                                    Antarktidada kəşf edilən 6 milyon illik buz nüvəsi Yer kürəsinin iqlim sirlərini açır