13 iyul 2020 19:33
1285

“İki sahil”i təbrik edirlər

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “İki sahil” qəzetinin nəşrə başlamasının 29-cu ildönümü ilə bağlı baş redaktor Vüqar Rəhimzadəyə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

Hörmətli Vüqar müəllim,

Azərbaycanın mətbuat həyatında xüsusi töhfələri olan “İki sahil” qəzetinin 29-cu ildönümü münasibətilə Sizi və bütün əməkdaşlarınızı ürəkdən təbrik edir, uğurlarınızın davamını diləyirəm.