03 dekabr 2019 13:13
107

İlham Əliyev iranlı naziri qəbul edib

Prezident İlham Əliyev İranın Rabitə və İnformasiya Texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.