"Milli Şura" adlanan qurum əslində xalqımızın milli düşmənidir. Bu qurumda təmsil olunan üzdəniraqlar keçirdikləri videokonfransda bir daha sahib olduqları əxlaqsız dəyərləri göstərdilər.
“İki sahil” xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib. O, bildirib ki, milli xəyanətkarların virtual qeybət, küçə söyüşü və jarqonlarından istifadə edərək apardıqları müzakirələr onlara baxan insanlarda ikrah hissi yaratdı: "Bütün müzakirələrində söyüşü, əxlaqsızlığı, tərbiyəsizliyi əsas tuturlar. Onlar xalqımızın milli-mənəvi dəyərlərinə tamamilə zidd məsələləri qabartdıqları, dolayısı ilə xalqı təhqir etdikləri üçün hər biri çıxıb xalqımız qarşısında üzr istəməlidir”.
Deputat vurğulayıb ki, radikal müxalifət bir daha öz iç üzünü açıb göstərdi və hansı yolun yolçusu olduğunu nümayiş etdirdi: “Artıq "Milli Şura"da istefalar başlayıb, bir neçə nəfər oradan uzalqşıb. İstefa verənlərdən biri - Eldəniz Quliyev etiraf edib ki, bu qurum xalqın mənəvi dəyərlərini ayaqlar altına atır. Eldəniz Quliyev, həmçinin öz “Facebook” səhifəsində yazdığı statusunda "Milli Şura"nın xarici dairələrə çalışdığını da etiraf edib”.
"Milli Şura"nın əslində xalqımızın milli düşməni olduğunu deyən İlham Məmmədov əlavə edib ki, orada toplananlar xarici qüvvələrə işləyərək milli-mənəvi dəyərlərimizi ayaqlar altına atırlar.