11 avqust 2020 12:51
1469

İlk peyvənd Rusiyada qeydiyyatdan keçib

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. Qeyd edək ki, prezident V.Putin ötən gün Rusiya sakinlərinin 60 faizinin qripdən peyvənd olunması barədə hökumətə tapşırıq vermişdi. Qərara əsasən, peyvənd olunanların 75 faizi rusk qrupuna daxil olan sakinlər olmalıdır.

V.Putin əlavə edib ki, koronavirusa qarşı preparat qeydiyyata alındıqdan sonra əhali üçün əlçatan olacaq. //Trend