21 may 2020 15:49
885

İntihara cəhdin qarşısı alındı

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə müvafiq təhlükəsizlik (xilasetmə çadırının açılması, çəpərləmə, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması) tədbirləri həyata keçiriblər.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə vətəndaşın özünə suiqəsd etmək istəyinin qarşısını alıblar.